logo
logo logo
logo

Bakıda kazino əməliyyatı - 5 milyonluq şəbəkə ifşa olundu 

15:17 - 01 Oktyabr 2026

Bakıda kazino əməliyyatı - 5 milyonluq şəbəkə ifşa olundu 

Bakıda 5 milyondan çox dövriyyəsi olan onlayn kazino şəbəkəsi ifşa edilib.


Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində qanunsuz onlayn qumar oyunlarının təşkilində şübhəli bilinən Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər paytaxtın Yasamal rayonunda icarəyə götürdükləri mənzildə ölkə ərazisində istifadəsi qadağan olunan “chckeeper.net” internet resursu üzərindən “Tilk007”, “Rahat001” və “Rahat98” adlı virtual kassalar yaradıblar.

Onların “Jaguar casino” və “Rahat casino” adlı profillər vasitəsilə qanunsuz onlayn mərc və qumar oyunları təşkil etdikləri, iştirakçıların “WhatsApp” və “Telegram” platformaları vasitəsilə cəlb olunmasını və pul vəsaitlərinin qəbulunu həyata keçirdikləri müəyyən olunub.

Mənzilə baxış zamanı qanunsuz fəaliyyətin təşkilində istifadə edildiyi müəyyənləşdirilən 55 mobil telefon və 177 bank kartı, həmçinin iş üzrə sübut əhəmiyyəti daşıyan digər elektron məlumat daşıyıcıları və materiallar aşkar edilərək götürülüb.

İlkin araşdırmalarla saxlanılan şəxslərin qanunsuz onlayn qumar fəaliyyətinin təşkili və idarə olunması zamanı həyata keçirdikləri maliyyə əməliyyatları üzrə ümumi dövriyyənin 5 milyon manatdan artıq olduğu müəyyən edilib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda qanunsuz fəaliyyət mexanizminin, maliyyə əməliyyatlarının və digər halların müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az