logo
logo logo
logo

Azərbaycanda qadın prokurorların sayı artır - RƏQƏMLƏR 

12:23 - 01 Oktyabr 2026

Azərbaycanda qadın prokurorların sayı artır - RƏQƏMLƏR 

Bu gün Azərbaycan prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramıdır.

Manset.az xəbər verir ki, prokurorluq orqanlarında çalışan 1279 nəfərin 125-i qadınlardır. 

Rəhbər vəzifələrdə çalışan 265 nəfərin isə 252-si kişi, 13-ü qadın olub. Bu vəzifələrdə qadınların payı təxminən 4,9 faiz təşkil edib.

2020-ci illə müqayisədə prokurorluq orqanlarında çalışan qadınların sayı 78-dən 125-ə yüksəlib. Bu, 47 nəfər və ya 60,3 faiz artım deməkdir. Eyni dövrdə rəhbər vəzifələrdəki qadınların sayı 8-dən 13-ə çatıb.

Prokuror vəzifələri üzrə isə 2025-ci ildə 60 qadın və 482 kişi çalışıb. Bu göstərici tabeli rayon, şəhər və hərbi prokurorluqlara rəhbərlik edən şəxsləri, eləcə də idarə və şöbə prokurorlarını əhatə edir.

Ümumilikdə, 2020–2025-ci illərdə prokurorluq orqanlarında işçilərin sayı 1157-dən 1279-a yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az