logo
logo logo
logo

Ombudsmanın maaşı 4 dəfə artırılaraq 12 min manat oldu 

16:25 - 30 Sentyabr 2026

Ombudsmanın maaşı 4 dəfə artırılaraq 12 min manat oldu 

Parlament İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisin payız sessiyasının ilk plenar iclasında ikinci səsverməyə çıxarılıb.

Layihəyə əsasən, Ombudsmanın aylıq vəzifə maaşı 3060 manatdan 12 000 manata qaldırılıb.

Qanun qüvvəyə minənədək Ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.

Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən tətbiq edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az