logo
logo logo
logo

Fransada sel həyəcanı - Təcili vəziyyət elan edildi

15:51 - 30 Sentyabr 2026

Fransada sel həyəcanı - Təcili vəziyyət elan edildi

Fransanın Erо və Qar vilayətlərində sel təhlükəsi ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənubundakı Lozеr, Ardeş və Buş-dü-Ron vilayətlərində isə sel ehtimalına görə xəbərdarlıq səviyyəsi narıncıya yüksəldilib.

Fransanın meteorologiya xidməti Meteo-France sabah səhər saatlarından etibarən Erо və Qar vilayətlərində güclü yağış və küləyin təsirli olacağı barədə xəbərdarlıq edib.

Meteo-France iki vilayətdə sel təhlükəsi ilə əlaqədar xəbərdarlıq səviyyəsinin narıncıdan qırmızıya yüksəldildiyini bildirib. Qurum Lozеr, Ardeş və Buş-dü-Ron vilayətlərində isə narıncı xəbərdarlığın qüvvədə qaldığını açıqlayıb.

Fransanın dəmir yolu şirkəti SNCF isə əlverişsiz hava şəraiti səbəbindən Qar vilayətinin inzibati mərkəzi Nim şəhərindən ölkənin daxili hissəsində yerləşən Püi-de-Dom vilayətinin Klermon-Ferran şəhərinə hər iki istiqamətdə qatar səfərlərinin ləğv edildiyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az