logo
logo logo
logo

Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı

18:49 - 29 Sentyabr 2026

Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı

Bakıda kişi həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinir.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Binəqədi rayonunda baş verib.

    42 yaşlı Rafət Ağalarovun həyat yoldaşı 40 yaşlı Esmira Ağalarovanı boğaraq qətlə yetirdiyi bildirilir.

    Qətli törətməkdə şübhəli bilinən Rafət Ağalarov saxlanılıb. Hadisənin baş verməsinə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az