İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər
“Azeronline” abunəçilərinə
əlavə ödəniş etmədən 260-dək yerli və xarici televiziya kanalını izləmək imkanı
təqdim edilir. Şirkət “Azercell Telekom” MMC ilə əməkdaşlıq çərçivəsində yüksəksürətli
fiber-optik internet istifadəçiləri üçün yeni təklif təqdim edir. Belə ki, 250
Mbit/s və daha yüksək sürətli internet paketlərinin abunəçiləri “Kinon TV” xidmətindən
ödənişsiz yararlana biləcəklər.
Təklif 250, 500 və
1000 Mbit/s sürətli internet paketlərinə qoşulan bütün abunəçilərə şamil
olunur. 150 Mbit/s internet paketindən istifadə edən abunəçilər isə “Kinon TV”
xidmətinə endirimlə aylıq 4 AZN əlavə ödənişlə qoşula bilərlər.
“Kinon TV” televiziya
izləmə təcrübəsini daha çevik edir: istifadəçilər kanalları canlı izləyə, 14
günədək arxivə qayıda, 5-dək fərdi profil yarada və məzmunu eyni anda 3 fərqli
cihazda izləyə bilərlər. Platforma Smart TV, smartfon, planşet və kompüterdə əlçatandır.
Eyni zamanda,
“Azeronline” abunəçiləri “Kinon”un digər məzmun paketlərindən də xüsusi şərtlərlə
yararlana bilərlər.
İdmansevərlər üçün təqdim olunan “Setanta
Sports & TV” paketi İngiltərə Premyer Liqası, Serie A, La Liga, Formula 1
yarışları, “Setanta Sports” kanalları və yerli idman məzmununa çıxış imkanı
yaradır. “Azeronline” abunəçiləri bu paketdən aylıq cəmi əlavə 5 AZN ödəməklə
yararlana bilərlər.
Film və serial həvəskarları
isə “Kinon Plus” paketinə aylıq əlavə 10 AZN ödəməklə “viju”, “Wink” və
“Premier” platformalarının film, serial və orijinal məzmunlarını izləyə bilərlər.
Qeyd edək ki, seçilən
internet və “Kinon” paketindən asılı olaraq, “Azeronline” abunəçiləri xidmətlərdən
20%-dək endirimlə yararlana bilərlər. Bu zaman fərdi statik IP ünvanı xidməti də
endirimlə aylıq 3 AZN-ə təqdim olunacaqdır.
Yeni təklif
“Azeronline”ın yüksəksürətli internet imkanlarını “Kinon”un televiziya, idman və
əyləncə məzmunu ilə tamamlayaraq abunəçilərə daha geniş rəqəmsal xidmətlərdən sərfəli
şərtlərlə yararlanmaq imkanı verir.
Ətraflı məlumatı 8220
Çağrı Mərkəzinə müraciət etməklə və ya https://azeronline.com saytına daxil olmaqla əldə etmək mümkündür.