Rusiyanın Amur vilayətinin Krasnoyarovo kəndində hərbi təyyarə qəzaya uğrayıb.
Manset.az-ın xarici mediaya məlumatına görə, təyyarənin göyərtəsində yeddi hərbçi olub. Onlardan üçünü xilas etmək mümkün olmayıb, dörd nəfər isə xəstəxanaya yerləşdirilib.
Qəzaya uğrayan təyyarənin modeli və uçuşun məqsədi barədə məlumat verilməyib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.