Yunanıstanın mərkəzi hissəsində yerləşən Ftiotida bölgəsinin Domokos şəhərindəki həbsxanada məhbuslar arasında dava baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dava nəticəsində 6 nəfərin yaralandığı bildirilib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd edilib.
Dava zamanı yaralanan, yaşları 26-41 arasında dəyişən 6 nəfər Domokos Sağlamlıq Mərkəzinə aparılıb. Yaralılardan 4-ü daha sonra bölgənin inzibati mərkəzi olan Lamiyadakı xəstəxanaya köçürülüb.
Baş nahiyəsindən ağır xəsarət alan məhbus təcili əməliyyata götürülüb. Onun vəziyyəti ağır olaraq qalır. Əl işi bıçaqla yaralanan digər məhbus isə tibbi müdaxilədən sonra həyati təhlükəni dəf edib.
Eyni həbsxanada son bir ay yarım ərzində bu qəbildən olan üçüncü hadisə baş verib.
Təxminən 15 gün əvvəl baş verən davada da 5 nəfər yaralanmışdı.