Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.
Manset.az xəbər verir ki, bu oyun günündə 8 matç baş tutacaq.
A Liqasının II qrupunda Almaniya Serbiya ilə, Yunanıstan isə Niderlandla qarşılaşacaq. A Liqasının IV qrupunda Danimarka Portuqaliyanı qəbul edəcək, Uels isə Norveçlə üz-üzə gələcək.
B Liqasının III qrupunda İsrail Kosovo ilə, İrlandiya isə Avstriya ilə qarşılaşacaq.
D Liqasının I qrupunda Malta Cəbəllütariqlə, II qrupunda isə Azərbaycan Lixtenşteynlə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Millətlər Liqası
1 oktyabr
A Liqası, II qrup
22:45. Almaniya - Serbiya;
22:45. Yunanıstan - Niderland.
A Liqası, IV qrup
22:45. Danimarka - Portuqaliya;
22:45. Uels - Norveç.
B Liqası, III qrup
22:45. İsrail - Kosovo;
22:45. İrlandiya - Avstriya.
D Liqası, I qrup
22:45. Malta - Cəbəllütariq.
D Liqası, II qrup
20:00. Azərbaycan - Lixtenşteyn.