logo
logo logo
logo

Azərbaycanın Ombudsman təsisat bu konfransının İcraiyyə Komitəsinə üzv seçildi 

17:47 - 30 Sentyabr 2026

Azərbaycanın Ombudsman təsisat bu konfransının İcraiyyə Komitəsinə üzv seçildi 

Azərbaycanın Ombudsman təsisatı İnformasiya Komissarlarının Beynəlxalq Konfransının İcraiyyə Komitəsinə üzv seçilib


Manset.az xəbər verir ki, Syerra-Leonenin Fritaun şəhərində “Rəqəmsal dövrdə informasiya dəqiqliyinin müdafiəsi: Dezinformasiya ilə mübarizədə informasiyaya əlçatanlığın rolu” mövzusunda İnformasiya Komissarlarının XVIl Beynəlxalq Konfransı (ICIC XVII) keçirilib.

Tədbir çərçivəsində 2026–2029-cu illər üçün İnformasiya Komissarlarının Beynəlxalq Konfransının İcraiyyə Komitəsinin yeni tərkibi təsdiqlənib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı təşkilatın İcraiyyə Komitəsinə üzv seçilib.

Qeyd edək ki, Azərbaycanın Ombudsman təsisatı 2023-cü ildən İnformasiya Komissarlarının Beynəlxalq Konfransının tamhüquqlu üzvüdür.

Azərbaycan Ombudsmanı qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmə və monitorinqlərin aparılması, təhlillərin aparılması istiqamətlərində geniş fəaliyyət həyata keçirməkdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az