logo
logo logo
logo

DYP və AYNA “manatlıq taksi”lərlə bağlı yayılan iddialara aydınlıq gətirdi

20:48 - 01 Oktyabr 2026

DYP və AYNA “manatlıq taksi”lərlə bağlı yayılan iddialara aydınlıq gətirdi

"Bəzi media resurslarında Bakı-Sumqayıt yolunda fəaliyyət göstərən, ictimaiyyət arasında “manatlıq taksi” kimi tanınan avtomobillərin fəaliyyətinin Dövlət Yol Polisi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən dayandırılması barədə iddialar yayılıb".


Manset.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib, bu iddialar reallığı əks etdirmir:

"Aidiyyəti qurumlar tərəfindən Bakı və qeyd olunan istiqamətlərdə fəaliyyət göstərən həmin nəqliyyat vasitələrinə qarşı hər hansı birgə və ya xüsusi tədbir keçirilməyib.

Diqqətə çatdırırıq ki, sərnişindaşıma fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun təşkil edilməlidir. Bu fəaliyyətlə məşğul olan nəqliyyat vasitələri müvafiq icazələrə malik olmalı, sürücülər müəyyən edilmiş qaydalara əməl etməlidirlər.

Son zamanlar sərnişinlərin müntəzəm avtobus marşrutlarından daha intensiv istifadə etməsi müşahidə olunur. İctimai nəqliyyatdan istifadə edənlərin sayının günbəgün artması müsbət haldır.

Sərnişinlərə nəqliyyat xidmətlərindən istifadə zamanı qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən daşıyıcılara üstünlük vermələri tövsiyə olunur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az