"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi "Meta" ABŞ-ın Nyu-Meksiko ştatında 35-40 milyard dollarlıq nəhəng cərimə tələbi ilə üzləşir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Andlılar məhkəməsi şirkətin istehlakçıları məlumatların məxfiliyi məsələsində yanıltdığına və bununla da ştat qanunlarını 43 milyondan çox dəfə pozduğuna qərar verib. Cambridge Analytica qalmaqalından uşaqların təhlükəsizliyinə qədər uzanan məhkəmə işləri dünyanın ən böyük sosial media şirkətlərindən birini illərdir məhkəmə zallarında saxlayır.
Nyu-Meksiko ştatında andlılar məhkəməsi "Meta" şirkətinin rəhbəri Mark Zukerberqin məlumatların məxfiliyi, nifrət nitqi və yanlış məlumatlarla bağlı siyasətinə dair 26 açıqlamasını yanıltıcı hesab edib və 43 milyondan çox qanun pozuntusu müəyyənləşdirib.
Qanun nəzəri olaraq 200 milyard dollardan çox cərimə tətbiqinə imkan versə də, prokurorluq hakimdən 35-40 milyard dollar məbləğində cərimə tələb edib. "Meta" isə bu tələbi həddindən artıq və Konstitusiyaya zidd hesab edir. Yekun cərimənin məbləğini hakim Frensis Metyu müəyyənləşdirəcək.