ABŞ Prezidenti Donald Tramp Avropa ilə dizel yanacağı ehtiyatları məsələsində razılığa gəldiklərini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Avropa ölkələrinin anbarlarındakı dizel yanacağı ehtiyatlarını bazara çıxarmağa razılaşdığını bildirib.
ABŞ Prezidenti sosial media hesabında etdiyi paylaşımda Avropanın ehtiyatlarında olan böyük həcmdə dizel yanacağını bazara çıxarmağa razılaşdığını qeyd edərək, “Proses dərhal başlayacaq” ifadəsini işlədib.
Tramp “Avropa ehtiyatlarındakı böyük həcmdə dizel yanacağını bazara çıxarmağa razılaşıb” deyib.
Fransa Prezidenti Emmanuel Makron da razılaşmanı təsdiqləyərək, G7 ölkələrinin bazara 100 milyon barrel dizel yanacağı və neft çıxaracağını bildirib.