Nigeriyanın Plato ştatında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər həyatını itirib.
Manset.az-ın "Channels Television"a istinadən verdiyi məlumatına görə, qəza oktyabrın 2-də axşam saatlarında Riyom rayonunda Havan-Kibo yolunda baş verib.
İlkin məlumata əsasən, yük avtomobilinin əyləc sistemi sıradan çıxıb və avtobusla motosikletə çırpılıb.
Toqquşmadan sonra avtobusda yanğın başlayıb. Avtobusda olan sərnişinlərdən bir neçəsi alovlanan nəqliyyat vasitəsindən çıxa bilməyərək həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.