Vyetnamda pişikləri oğurlayaraq ət kimi satmaqda şübhəli bilinən dəstəyə qarşı əməliyyat keçirilib. Nəticədə 12 nəfər saxlanılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına görə, Ho Şi Min şəhərində keçirilən əməliyyat zamanı 2 700 pişiyin oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıb.
Bildirilir ki, 16-39 yaş arasında olan şübhəlilər pişikləri oğurlayaraq qida sektorunda satmaqda ittiham olunurlar.
Əməliyyat zamanı pişiklərin tutulması üçün istifadə edilən tələlər, qəfəslər və onların tüklərinin təmizlənməsi üçün avadanlıqlar aşkarlanaraq götürülüb.
Polis əməkdaşları basqınlar zamanı onlarla pişiyi də xilas edib. Hazırda saxlanılan şəxslərlə bağlı araşdırma davam etdirilir.