"Bu gün biz hissə-hissə insan qalıqlarını sıldırım dağların ətəklərindən yığırıq".
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda təşkil olunan paneldə bildirib.
O deyib ki, təbiət hadisələri, vəhşi heyvanlar bu qalıqların yerini dəyişməsinə səbəb olur: "3 gün əvvəl Qarabağdan geri qayıtmışıq. Daha 16 nəfərə aid insan qalığı tərəfimizdən aşkarlanıb".