Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda təkəri partlayan yük avtomobili qarşıdan gələn minik avtomobili ilə toqquşub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 2 yaşlı Hafsa Nur Ak həyatını itirib, 7 nəfər yaralanıb.
Qəza saat 14:30 radələrində Şemdinli-Yüksekova avtomobil yolunun Güneykonak kəndi yaxınlığında baş verib. Yüksekova istiqamətindən Şemdinliyə gedən, sürücüsünün adı və dövlət qeydiyyat nişanı hələ müəyyənləşdirilməyən yük avtomobilinin təkəri partlayıb.
İdarəetmədən çıxan yük avtomobili qarşıdan gələn minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan 8 nəfər xəsarət alıb.