logo
logo logo
logo

2026-cı il Nobel Kimya mükafatı bu iki alimə verildi 

15:26 - 07 Oktyabr 2026

2026-cı il Nobel Kimya mükafatı bu iki alimə verildi 

2026-cı il Nobel Kimya mükafatına “Asimmetrik üzvi sintezdə xətti olmayan təsirlərin və avtokatalizin kəşfi”nə görə Anri B. Kaqan və Kenso Soai layiq görülüblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, fransalı Anri Kaqan və yaponiyalı Kenso Soai üzvi sintezdə asimmetrik avtokataliz və xətti olmayan təsirlərin kəşfinə yol açan tədqiqatlarına görə Nobel Kimya mükafatına layiq görülüblər.

İsveç Kral Elmlər Akademiyasının açıqlamasında bildirilib ki, mükafata layiq görülən alimlər kimya sahəsində mühüm elmi nailiyyətə imza atıblar.

Nobel mükafatları çərçivəsində qaliblərə medal və diplomla yanaşı, 12 milyon İsveç kronu məbləğində pul mükafatı da təqdim olunur.

Tibb və fizika sahələrində Nobel mükafatlarının sahibləri elan edildikdən sonra kimya üzrə qaliblər də açıqlanıb. Cümə axşamı ədəbiyyat, cümə günü sülh, gələn bazar ertəsi isə iqtisadiyyat üzrə Nobel mükafatlarının qalibləri elan ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az