logo
logo logo
logo

Nyu-Yorkda fövqəladə vəziyyət - Epidemiya nəzarətdən çıxdı

16:54 - 06 Oktyabr 2026

Nyu-Yorkda fövqəladə vəziyyət - Epidemiya nəzarətdən çıxdı

Nyu-York qubernatoru Keti Hokul ştat ərazisində sürətlə yayılan qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda yeni yayımlanan sərəncama əsasən, oktyabrın 3-dək ştat üzrə bu il ümumilikdə 108 qızılca hadisəsi qeydə alınıb.

Qubernatorluğun yaydığı açıqlamada yoluxma hallarından 7-nin Nyu-York şəhərində, 101-nin isə ştatın digər bölgələrində aşkarlandığı bildirilib.

Bazar ertəsi qüvvəyə minən və noyabrın 4-dək davam edəcək fövqəladə vəziyyət rejimi çərçivəsində qeydiyyatdan keçmiş tibb bacılarına qızılcaya yoluxma şübhəsi olan şəxslərin müayinəsi üçün analiz tələb etmək, əczaçılara isə iki yaşından yuxarı uşaqları peyvənd etmək səlahiyyəti verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az