Tovuz rayonunda ailə münaqişəsi oğlun bıçaqlanması ilə nəticələnib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağdam kəndində baş verib.
1997-ci təvəllüdlü Nicat Məmmədov boğaz nahiyəsindən bıçaqlanıb.
Hadisəni törətməkdə onun atası Aydın Məmmədov şübhəli bilinir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma başlanılıb.