Azərbaycan İnvestisiya Holdinqində (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə Liya Bayramova gətirilib.
O, şöbə müdiri vəzifəsində Leyla Sarabini əvəz edib. Sarabi isə holdinqin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, L.Sarabi bu ilin yanvarında AİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib.