İsveçdə yerləşən Karolinska İnstitutunda keçirilən mətbuat konfransında 2026-cı il Nobel Tibb Mükafatının laureatları açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı il Nobel Tibb Mükafatına işıqla idarə olunan ion kanalları və optogenetika sahəsindəki kəşflərinə görə Karl Deyserot, Peter Hegemann və Georg Nagel layiq görülüb.
Karl Deyserot, Peter Hegemann və Georg Nagel canlı hüceyrələrin fəaliyyətini işıq vasitəsilə idarə etməyə imkan verən biotexnologiya və neyroelmi metod olan optogenetika sahəsindəki araşdırmalarına, eləcə də işıqla idarə olunan ion kanalları ilə bağlı kəşflərinə görə mükafata layiq görülüblər.
Nobel Mükafatının rəsmi internet səhifəsində yayılan məlumata görə, Hegemann və Nagel “özünəməxsus xüsusiyyətlərə malik” “kanalrodopsin” adlı zülalı kəşf ediblər.
Tədqiqatçılar müəyyən ediblər ki, bu zülal yerləşdirildiyi hüceyrəni işığa həssas vəziyyətə gətirir.
Deyserot isə sözügedən zülalın genini siçovullardan götürülmüş sinir hüceyrələrinə yerləşdirdiyi təcrübə zamanı sinirlərdən siqnal almağa və bu mexanizmi canlı siçanın beynində işlək vəziyyətə gətirməyə nail olub.