Nigeriyanın Plato ştatında baş verən silahlı hücumlar nəticəsində 28 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik səbəbilə küçəyə çıxmaq qadağan edilsə də, ştatın Manqu, Bokkos və Barkin Ladi bölgələrində silahlı hücumlar törədilib.
Yerli hakimiyyət orqanları hadisələrlə bağlı araşdırmaya başlanıldığını və hücumların törədilməsində şübhəli şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü açıqlayıb.