logo
logo logo
logo

İran qadınlara hərbi təlimlər keçir

13:12 - 05 Oktyabr 2026

İran qadınlara hərbi təlimlər keçir

İranın paytaxtı Tehranda keçirilən hərbi təlimlər zamanı mülki şəxslərə uzun lüləli silahlardan istifadə, hava hücumundan müdafiə və çoxlüləli raket sistemləri ilə bağlı təlimlər keçirilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İsrailin hücumlarından sonra əhalinin müharibəyə könüllü şəkildə cəlb olunması məqsədilə başladılan “Can Fəda” proqramında qeydiyyatdan keçən kişi və qadınlar mümkün işğala qarşı hazırlanır.

Məlumata görə, proqramda qeydiyyatdan keçən vətəndaşlara İmam Hüseyn meydanında yaradılan xüsusi ərazidə silahlardan, çoxlüləli raket sistemlərindən və hava hücumundan müdafiə qurğularından istifadə qaydaları izah olunur.

Təlimlərdə iştirak edən mülki şəxslərə müxtəlif hərbi avadanlıqların imkanları barədə məlumat verilir və onların mümkün müharibə şəraitinə hazırlığı həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az