Nigeriyanın cənub-qərbində göyərtəsində 32 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb.
Manset.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın aviasiya naziri Festus Keyamo bildirib.
Helikopter 25 sərnişin və 7 heyət üzvü daşıyırdı.
Nazirin sözlərinə görə, Ondo ştatının İgbokoda ərazisindəki hərbi dəniz bazası yaxınlığında düşən helikopterin qalıqları aşkarlanıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.