logo
logo logo
logo

Yaponiyada 2,6 milyondan çox şəxsin məlumatları sızdırıldı

17:18 - 06 Oktyabr 2026

Yaponiyada 2,6 milyondan çox şəxsin məlumatları sızdırıldı

Yaponiyada internet xidmətləri şirkəti "GMO Research & AI" və pərakəndə satış şirkəti Mr Max serverlərinə edilən kiberhücumlar nəticəsində 2,6 milyondan çox müştərinin şəxsi məlumatlarının sızdırıldığını açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "GMO Research & AI" tərəfindən yayılan açıqlamada kiberhücum nəticəsində şirkətin “infoQ” adlı sorğu platformasında qeydiyyatdan keçmiş təxminən 948 min 500 istifadəçinin ad, elektron poçt və ev ünvanları, telefon nömrələri və parollarının oğurlandığı bildirilib.

Açıqlamada bəzi istifadəçilərin mükafat xallarının onların icazəsi olmadan “Amazon” hədiyyə kartlarına çevrildiyi və dəymiş ziyanın qarşılanacağı qeyd olunub.

Mr Max şirkətinin açıqlamasında isə internet mağazasından istifadə edən təxminən 1,7 milyon müştərinin ad, elektron poçt ünvanı və telefon nömrələrinin kiberhücum nəticəsində sızdırıldığı bildirilib.

Hər iki şirkət icazəsiz giriş aşkarlandıqdan sonra internet xidmətlərini dayandırıb və hadisələrlə bağlı araşdırmaya başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az