Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya hökm oxunub.
Manset.az Xitab24.az-a istinadən xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib.
Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına bir manat ödəniş edib.
Bu zaman qadın onun saxta profildən istifadə etdiyini və əsl adını müəyyənləşdirib, polisə məlumat verib.
Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham olunan Y.M-nin işinə Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılıb. Qadını şantaja məruz qoymaqla bir manat əldə edən təqsirləndirilən şəxs üç il müddətinə azadlıqdan məhrum olunub.