Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə (PUA) endirdiyi zərbələr nəticəsində 8 nəfər həlak olub, 27 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko sosial şəbəkə hesabında etdiyi paylaşımda şəhərin gecə və səhər saatlarında hava hücumlarına məruz qaldığını bildirib.
Onun sözlərinə görə, şəhərin müxtəlif rayonlarında infrastruktur obyektlərinə ziyan dəyib. Kliçko hücumlar nəticəsində ilkin məlumata əsasən 2 nəfərin öldüyünü qeyd edib.
Bundan başqa, Ukraynada bəzi sosial şəbəkə hesablarında yayılan görüntülərdən paytaxt sakinlərinin təhlükəsizlik məqsədilə gecəni Kiyevin metro stansiyalarında keçirdiyi məlum olub.
Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Dyakivçin sosial şəbəkə hesabında yaydığı açıqlamada vilayətin Kremençuk şəhərinə endirilən zərbələr nəticəsində azı 2 nəfərin həlak olduğunu, 7 nəfərin isə yaralandığını bildirib.