Lerikdə yol- nəqliyyat hadisəsi baş verib.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Blaband kəndində qeydə alınıb.
Belə ki, Sadiq Novruzovun idarə etdiyi “Niva” markalı maşın və “UAZ” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində “Niva”da olan 3 nəfər xəsarət alıb.
Yaralılardan Lerik rayonunun Pirəsora kənd sakini 1963-cü il təvəllüdlü Fədail Bağırovun xəsarəti ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona kəllə-beyin travması diaqnozu təyin edilib. Müalicəsi xəstəxanada davam etdirilir.