Fatma Girik 56 illik həyat yoldaşının yanında dəfn olunacaq

21:09 - 24 Yanvar 2022

Fatma Girik 56 illik həyat yoldaşının yanında dəfn olunacaq

Bu səhər müalicə aldığı xəstəxnada koronavirusla əlaqədar olaraq orqan çatışmazlığından dünyasını dəyişən Türkiyə kinosunun əfsanəvi aktrisası Fatma Girikin 3 il əvvəlki vəsiyyəti yerinə yetiriləcək.

Manşet.az xəbər verir ki, aktrisa 56 illik həyat yoldaşı, rejissor Memduh Ünün yanında dəfn ediləcək. Fatma Girik 2019-cu ildə verdiyi müsahibədə cənazə mərasimi ilə bağlı bunları deyib: "Nəticədə robot deyiləm, canlıyam. Bir gün, əlbəttə, öləcəyəm. Memduha qovuşacam. Ölüm pis bir şey deyil. Biz getməliyik ki, ardımızca yeniləri gəlsin. Ölərkən təmtəraqlı dəfn mərasimi istəmirəm. Səssiz-sədasız getmək istəyirəm". 

Qeyd edək ki, Memduh Ün 2017-ci ildə vəfat edib. Fatma Girikin cənazəsi sabah Şişlidə anım mərasimindən sonra Bodruma göndəriləcək.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az