Bu ölkəyə giriş Dayandırıldı

22:23 - 24 Yanvar 2022

Bu ölkəyə giriş Dayandırıldı

Güclü qar səbəbiylə bir sıra avromağistralllar vasitəsilə İstanbula giriş dayandırılıb.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyənin Avtomobil Yolları İdarəsi məlumat verib.

Məlumata görə, Anadolu və Trakyadan İstanbula giriş qadağan edilib.

Vəziyyətlə əlaqədar bütün nəqliyyat vasitələrinin Anadoludan İstanbula gələrkən Bursa, Yalova, İzmit, Kocaeli, Sakarya və Düzcedə müvafiq yerlərdə saxlanılacağı bildirlib.

Həmçinin, vətəndaşlara məcburi hallar istisna olmaqla, İstanbul istiqamətində yola çıxmamaları barədə xəbərdarlıq edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az