logo
logo logo
logo

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı 

10:50 - 18 Oktyabr 2026

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı 

Türkiyənin İstanbul, Antalya və İzmir şəhərlərindən Moskvaya istiqamətlənən üç sərnişin təyyarəsi uçuş zamanı geri dönüb.


Manset.az-ın TASS-a istinadən məlumatına görə, təyyarələr Polşa və Litvanın hava məkanında olarkən geri qayıtmaq qərarı verilib.

Sərnişinlərin alternativ reyslərə köçürülməsi ilə bağlı qərarın daha sonra veriləcəyi bildirilib.

Qeyd edək ki, Rusiyanın hava məkanında Ukrayna dronlarının hücumları qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az