Haitidə güclü zəlzələ - Ölənlər və xəsarət alanlar var

09:40 - 25 Yanvar 2022

Haitidə güclü zəlzələ - Ölənlər və xəsarət alanlar var

Haitinin cənubunda baş verən zəlzələ nəticəsində ən azı 52 nəfər xəsarət alıb.

Manset.az-ın məlumatına görə, bu barədə yerli Juno-7 portalı xilasedicilərin bəyanatına istinadən xəbər verir.

Qeyd edilir ki, təbii hadisə zamanı iki nəfər ölüb. Zərbə nəticəsində 191 bina dağılıb, 664 binaya ciddi ziyan dəyib, 800-dən çox ailə evsiz qalıb.

Bazar ertəsi səhər Haitinin cənubunda, təxminən 35 min nəfər əhalisi olan Ans-a-Vo kommunasından 3 km kənarda 5,3 bal gücündə zəlzələ baş verib, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Sonra təxminən 30 min nəfər əhalisi olan Ptit-Rivyer-de-Nipp yaşayış məntəqəsindən 4 km kənarda 5,1 bal gücündə ikinci zəlzələ baş verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az