ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə razılaşma əldə etməsinin vaxtı çatdığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ və Avropanın Ukraynaya böyük məbləğdə vəsait xərclədiyini vurğulayaraq, Avropanın artıq müharibədən bezdiyini deyib.
Tramp Ağ Evdə Oval kabinetdə keçirdiyi mətbuat konfransından sonra gündəmlə bağlı açıqlamalar verib.
Rusiya ilə Ukrayna arasında artıq razılaşma əldə olunmasının vacibliyini vurğulayan və Moskvanın buna daha çox meyilli olduğunu iddia edən Tramp Ukrayna rəhbərliyini razılaşmağa çağırıb.
“Zelenskinin artıq razılaşma əldə etməsini istəyirik. İki il əvvəl Oval kabinetdə apardığımız qısa söhbət zamanı o, razılaşma əldə edə bilərdi. Bu vaxta qədər Ukraynaya çox kömək etmişəm, lakin artıq bu müharibəyə son qoymağın və həmin gənclərin öldürülməsinin qarşısını almağın vaxtı çatıb”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti Zelenskinin müharibəni başa çatdırmaq üçün addım atmaması halında vəziyyətin daha da pisləşəcəyini söyləyib.
“ABŞ Ukrayna üçün böyük sərvət xərcləyib, Avropa da böyük sərvət xərcləyib. Avropa artıq bundan bezib”, – deyə Tramp qeyd edib.