İran Prezidenti Məsud Pezeşkian İranla ABŞ arasında aparılan danışıqlarla bağlı açıqlama verib. O, Vaşinqtonu təhdidlərdən əl çəkməyə və İran xalqının hüquqlarını tanımağa çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pezeşkian Tehranda iştirak etdiyi tədbirdə bildirib ki, ABŞ İran xalqının hüquqlarını rəsmən tanımalı, zorakılıq və təzyiq dilindən əl çəkməli, həmçinin təcavüzkar addımlarını dayandırmalıdır. Onun sözlərinə görə, yalnız bundan sonra tərəflər bir araya gələrək müzakirələr apara bilərlər.
“Müharibə istəmirik, lakin təzyiqlərə də boyun əyməyəcəyik. Bütün yolları bağlayıb, hədələyib, eyni zamanda danışıqlardan danışa bilməzsiniz”, – deyə Pezeşkian vurğulayıb.