NATO bölgədəki gəmilərə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlardan sonra Qara dənizə əlavə dəniz patrul təyyarələri, radar sistemləri və pilotsuz uçuş aparatları göndərəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun sözçüsü Elison Hart sosial şəbəkə hesabında paylaşım edərək alyansın Qara dənizdə təhlükəsizliyi müzakirə etmək üçün səfirlər səviyyəsində toplantı keçirdiyini bildirib.
“NATO artıq şərq cinahımız boyunca hərbi mövcudluğunu gücləndirib. Bura pilotsuz uçuş aparatlarının qarşısını almaq imkanları da daxildir. Alyans bölgəyə əlavə vasitələr göndərəcək. Bunlara müşahidə, kəşfiyyat və məhkəmə ekspertizası sahəsində dəstək də daxildir. Birliyimizi qorumağa davam edəcəyik və bir milyard vətəndaşımızın təhlükəsizliyini təmin etmək üçün istənilən təhdidə qarşı hazır və güclü olduğumuza əmin olacağıq”, – deyə Hart qeyd edib.
NATO son hücumlara görə hər hansı ölkəni məsul tutmayıb. Hərbi təhlilçilər isə hücumların, demək olar ki, əminliklə Rusiya tərəfindən həyata keçirildiyini bildirirlər. Moskva isə məsuliyyəti üzərinə götürməyib.