Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir.
"Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmiş hal var, onlardan 2 635 nəfər sağalıb və 4 757 nəfər ölüb. Kontaktların izlənilməsi göstəricisi 89,1%-ə yüksəlib", - məlumatda qeyd olunub.
Bu arada, dünən Keniyanın Səhiyyə Nazirliyi Eboladan ikinci ölüm halı barədə məlumat verib: 65 yaşlı qadın virusdan vəfat edib.