logo
logo logo
logo

Dallasda atışma - 4 nəfər öldü, 15 nəfər yaralandı

21:15 - 01 Noyabr 2026

Dallasda atışma - 4 nəfər öldü, 15 nəfər yaralandı

ABŞ-nin Texas ştatının Dallas şəhərində baş verən silahlı insidentlər nəticəsində azı 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.


Manset.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Dallas polis rəisinin açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, şənbə günündən bazara keçən gecə şəhərin rayonlarından birində üç ayrı atışma hadisəsi qeydə alınıb. Hüquq-mühafizə orqanları insidentlərin bir-biri ilə əlaqəli olub-olmadığını araşdırır.

Polis rəisinin sözlərinə görə, xəsarət alanların sayı arta bilər. Belə ki, hadisədən sonra bir neçə nəfər müstəqil şəkildə yerli xəstəxanalara müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri saxlayıblar. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az