logo
logo logo
logo

Putin onları Ukrayna ilə danışıqlara göndərir - ADLAR

16:00 - 07 Noyabr 2026

Putin onları Ukrayna ilə danışıqlara göndərir - ADLAR

Rusiyanın Ukrayna ilə bağlı Əbu-Dabidə keçiriləcək danışıqlara gedən nümayəndə heyətinin tərkibi açıqlanıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki,xəbər verir ki, bu barədə “İnterfaks” Kremlin rəsmi nümayəndəsi Dmitri Peskova istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiyanı danışıqlarda Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, Xarici İşlər Nazirliyinin rəhbərinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də Baş Qərargahın iki idarəsinin nümayəndələri – İqor Kostyukov və Yuri Jiqarlovski təmsil edəcəklər.

Məlumata görə, onların hamısı, həmçinin Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir gün əvvəl Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirəyə dəvət olunublar.

Peskovun sözlərinə görə, Uşakov dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi kimi qarşıdakı danışıqlara kuratorluq edir. Medinski, Ryabkov, Qaluzin, Kostyukov və Jiqarlovski isə Əbu-Dabidə Rusiyanı təmsil edəcək nümayəndə heyətinin tərkibinə daxil ediliblər.

Xatırladaq ki, Putin daha əvvəl ABŞ və Ukrayna ilə danışıqların noyabrın 10-1-də Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az