Noyabrın 8-nə keçən gecə Yaponiyanın qərbində yerləşən Şizuoka prefekturası yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az Trend-ə istinadən bildirir ki, zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar nəticəsində dəmir yolu nəqliyyatının, o cümlədən "Şinkansen" sürətli qatarlarının fəaliyyəti dayandırılıb.
Zəlzələdən sonra Yaponiyanın nüvə obyektlərində hər hansı fövqəladə vəziyyət qeydə alınmayıb.
Təbii fəlakət nəticəsində 20-dən çox insan xəsarət alıb. Yaralananların əksəriyyətində yıxılma nəticəsində qançırlar və sıyrıntılar yaranıb. Xəsarət alanların həyatına təhlükə olmadığı bildirilir.