Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hündürmərtəbəli binaya mərmi düşüb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, hadisənin təfərrüatları, xəsarət alanların sayı və binaya dəymiş ziyanın miqyası barədə məlumat açıqlanmayıb. Mərminin haradan atıldığı da məlum deyil.
Hadisə ilə bağlı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi və hüquq-mühafizə orqanları hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı daha əvvəl də Ər-Riyad ətrafında pilotsuz uçuş aparatlarının və raketlərin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Yəməndə fəaliyyət göstərən husilər son illərdə Səudiyyə Ərəbistanının ərazisindəki obyektlərə hücumlar həyata keçiriblər. 2026-cı ilin avqustunda da Ər-Riyad hava limanına zərbə endirdiklərini bəyan etmişdilər.