Putinin Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə səfərinin konkret tarixi hələlik razılaşdırılmayıb.
Manşet.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin sözçüsü Putinin Türkiyəyə səfərinin nə vaxt baş tuta biləcəyi ilə bağlı suala cavabında deyib: “İki lider fevralın sonunda mümkün variantlar, başqa tarixlər haqqında həqiqətən danışıblar”.
Peskovun sözlərinə görə, hələlik dəqiq tarixlər yoxdur. “Amma ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək”, - Kreml sözçüsü əlavə edib.
Cümə axşamı Ərdoğan Putinin Çinə səfərindən sonra Türkiyəyə səfər edəcəyinə ümid etdiyini bildirib. Putin fevralın 4-də Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.