Hulusi Akar da koronavirusa yoluxdu

20:07 - 06 Fevral 2022

Hulusi Akar da koronavirusa yoluxdu

Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.

Bu barədə Manset.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Mənim COVID-19 testim müsbət çıxdı. Şükürlər olsun ki, səhhətim yaxşıdır və lazımi tədbirləri görərək işimizi davam etdiririk”, - nazir bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun “omikron” ştamı aşkarlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az