Vladimir Jirinovski xəstəxanaya yerləşdirildi

17:48 - 09 Fevral 2022

Vladimir Jirinovski xəstəxanaya yerləşdirildi

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski xəstəxanaya yerləşdirilib.

Bu barədə Rusiyanın nüfuzlu KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, 75 yaşlı siyasətçini Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriblər və o hazırda daimi həkim nəzarətindədir.

Lakin hələlik bu xəbər partiya tərəfindən təsdiqini tapmayıb.

Liberal Demokrat partiyasının mətbuat xidməti Jirinovskinin özünü yaxşı hiss etdiyini və işinin başında olduğunu açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az