Putin ehtiyatda olan hərbçiləri xidmətə çağırdı – SƏBƏB

08:54 - 19 Fevral 2022

Putin ehtiyatda olan hərbçiləri xidmətə çağırdı – SƏBƏB

Prezident Vladimir Putin ehtiyatda olan Rusiya vətəndaşlarının 2022-ci il hərbi hazırlığı üçün xidmətə çağırılması haqqında fərman imzalayıb.
 

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəd rəsmi internet portalında dərc olunub.

Sənəddə deyilir: “2022-ci ildə ehtiyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik və federal təhlükəsizlik xidməti orqanlarında hərbi təlim keçməyə çağırılsın”.

Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları toplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Məqsəd ehtiyatda olan rusiyalıların döyüş bacarıqlarının artırılmasıdır. Bu planlaşdırılmış tədbirdir və hər il həyata keçirilir.

Toplanışın maksimum müddəti iki ay üçün nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az