NATO-dan Rusiyaya ÇAĞIRIŞ

14:04 - 19 Fevral 2022

NATO-dan Rusiyaya ÇAĞIRIŞ

“NATO Rusiyanı Ukrayna ətrafındakı gərginliyin azaldılması istiqamətində əhəmiyyətli addım atmağa və qoşunlarını sərhəddən çıxarmağa çağırır”.

Manşet.az xəbər verir ki, bunu alyansın Baş katibi Yents Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.

“Rusiyanın Silahlı Qüvvələrini sərhəddən çıxarması böhranın diplomatik yolla həlli istiqamətində ilk və vacib olar. Risklərin azaldılması məqsədilə Rusiyaya görüş təklifimi təkrarlamaq istəyirəm”, - o bildirib.

Baş katib Kremli diplomatiya yolunu seçməyi tövsiyə edib: “Avropada təhlükəsizlik yalnız ABŞ-la əməkdaşlığa əsaslanır. Bunu iki dünya müharibəsi də sübut edib”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az