Rusiya 48 saat ərzində hücuma keçəcək - ABŞ-dan yeni İDDİA

23:31 - 23 Fevral 2022

Rusiya 48 saat ərzində hücuma keçəcək - ABŞ-dan yeni İDDİA

ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyanın 48 saat ərzində hücuma keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Manşet.az xəbər verir ki, bu barədə “Newsweek” saytı ABŞ kəşfiyyatındakı mənbəyə istinadla məlumat yayıb.
“Kəşfiyyat məlumatına əsaslanaraq Ukrayna prezidenti yaxın 48 saat ərzində Rusiyanın hücuma keçməsi ehtimalının yüksək olduğu barədə xəbərdar edilib. Bu səhər Rusiya Ukraynanın hava məkanını pozaraq kəşfiyyat təyyarəsi ilə qısamüddətli uçuş həyata keçirib” – deyə mənbə qeyd edib.

Ukrayna hökumətindəki mənbə də xəbərdarlığın alındığını bildirərək əlavə edib ki, bu, ay ərzində artıq üçüncü analoji xəbərdarlıqdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az