Ukraynada fövqəladə vəziyyət elan edildi

00:09 - 24 Fevral 2022

Ukraynada fövqəladə vəziyyət elan edildi

Ukrayna Radası Prezident Volodimir Zelenskinin ölkə ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlı imzaladığı fəramnı təsdiq edib.

Manset.az xəbər verir ki, müvafiq qərarın lehinə 335 deputat səs verib.

Artıq 24 fevral 2022-ci il saat 00:00-dan etibarən ölkədə 30 gün müddətinə fövqəladə vəziyyət elan edilir. Eyni zamanda rayon və Kiyev şəhər dövlət administrasiyalarının sədrləri fövqəladə vəziyyətin hüquqi rejiminin tədbirlərinin həyata keçirilməsi üçün icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, müəssisə, idarə və təşkilatların hərəkətlərini əlaqələndirmək üçün administrasiya rəhbərlərinin başçılığı ilə operativ qərargahlar yaradacaqlar.

Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti ölkədə fövqəladə vəziyyət elan olunması ilə bağlı qərar qəbul edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az