“Bizi iqtisadi sistemdən çıxarmamalıdırlar” - Putin

21:13 - 24 Fevral 2022

“Bizi iqtisadi sistemdən çıxarmamalıdırlar” - Putin

“Rusiya qlobal iqtisadiyyatın bir parçası olmağa davam edəcək”.

Manşet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı açıqlamasında deyib.

“İçində olduğumuz sistemə zərər vurmağı planlaşdırmırıq. Tərəfdaşlarımız bunu anlamalıdır ki, bizi sistemdən çıxarmamalıdırlar”, - o bildirib.

Putin qeyd edib ki, vəziyyəti dəyişdirmək üçün bütün cəhdləri nəticəsiz qalıb:

“Rusiyanı müdafiə etmək üçün başqa çarəmiz yox idi”.

Qeyd edək ki, Ukrayna Rusiyanın SWIFT-dən ayrılmasını tələb edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az