Fransa Rusiya gəmisini ələ keçirdi

17:24 - 26 Fevral 2022

Fransa Rusiya gəmisini ələ keçirdi

Sanksiya siyahısında olan Rusiya şirkətinə məxsus quru yük gəmisinin saxlanıldığı açıqlanıb.

Manşet.az xəbər verir ki, Rusiyanın Fransadakı səfirliyinin diplomatları Fransa hakimiyyət orqanlarından məlumat almağa çalışırlar.

Sankt-Peterburqa gedən yük gəmisi son ticarət sanksiyalarından sonra La-Manş boğazında dayandırılıb.

"Fransa dəniz polisi rəsmiləri Ukraynaya hücuma görə Avropa İttifaqının sanksiyaları altında Rusiya şirkətinə məxsus gəmini saxlayıb", - hökumət rəsmisi “Reuters” agentliyinə bildirib.

Rusiyanın “RİA Novosti” xəbər agentliyinin məlumatına görə, Rusiyanın Fransadakı səfirliyi hakimiyyət orqanlarından saxlanılma ilə bağlı izahat istəyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az